İranın Kəşfiyyat Nazirliyinin yüksək vəzifəli rəsmisi Məhəmməd Bəseri ABŞ və İsrailin Tehrana hava hücumu nəticəsində həlak olub.
Bu barədə İranın İSNA agentliyi məlumat yayıb.
Xatırladaq ki, ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib.
Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb.

