Meksika prezidenti təhlükəsizlik səbəbi ilə sahilə yaxın donanma gəmisinə köçürülüb.
Meksika şəhərində zorakılıq hadisələrinin artması səbəbindən prezident Klaudiya Şeynbaum təhlükəsizlik məqsədilə Meksika Donanmasının gəmisinə köçürülüb. Prezident hazırda Sonora sahillərindəki donanma gəmisindədir və şəhəri tərk edib.
Qeyd edək ki, Meksikada "Xalisko Yeni Nəsil" kartelinin lideri El Mençonun öldürülməsi ilə nəticələnən təhlükəsizlik əməliyyatından sonra zorakılıq dalğası baş verib. Buna cavab olaraq cinayətkarlar nəqliyyat vasitələrini yandırır və kurort ərazilərində yolları bağlayırlar.

