Sizin reklam burada
Sizin reklam burada

Misir arzusunda olanlara üzücü xəbər

 Misir arzusunda olanlara üzücü xəbər

Misir gələn aydan etibarən giriş vizasının qiymətini artıracaq.
Bu barədə "Cairo 24" nəşri turizm şirkətləri və agentlikləri palatasına istinadən məlumat yayıb.
«Turizm şirkətləri və agentlikləri palatası Misirin giriş məntəqələrində giriş vizasının qiymətinin artırıldığını elan etdi», — deyə materialda bildirilir.
Söhbət birdəfəlik vizadan gedir. Martın 1-dən etibarən onun qiyməti əvvəlki 25 dollar əvəzinə 30 dollar təşkil edəcək. Çoxdəfəlik vizanın qiyməti isə dəyişməz qalaraq 60 dollar olacaq.
Şarm əş-Şeyx hava limanına gələn və yalnız Sinay yarımadası ərazisində 15 gündən çox olmamaq şərti ilə qalmağı planlaşdıran turistlər üçün giriş ödənişsiz olacaq.


  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ