İordaniya öz ərazisindən İrana hücum üçün istifadəyə icazə verməyəcək.
Bu barədə İordaniya Radio və Televiziya Korporasiyası mənbəyə istinadla məlumat yayıb.
Mənbənin sözlərinə görə, İordaniya ABŞ-la İran arasında davam edən danışıqların regionda müharibənin qarşısını alacaq siyasi razılaşma ilə nəticələnəcəyinə ümid edir.
Həmçinin bildirilib ki, ABŞ-ın İordaniyadakı hərbi mövcudluğu iki ölkə arasındakı müdafiə sazişləri çərçivəsində həyata keçirilir.
Qeyd edək ki, bundan öncə ABŞ-ın İrana hücum üçün İordaniyadakı hərbi bazasına çoxsaylı hərbi texnika göndərdiyi haqda məlumat yayılmışdı.

