Sizin reklam burada
Sizin reklam burada

Ukrayna və Çin arxa plana keçir: ABŞ və AB gərginliyi artır

Ukrayna və Çin arxa plana keçir: ABŞ və AB gərginliyi artır


ABŞ Ali Məhkəməsinin Amerikanın tətbiq etdiyi tariflərin qanunsuz olması ilə bağlı qərarı nəticəsində yaranan fikir ayrılığı Avropa Birliyi ilə Vaşinqtonun diqqətini əsas problemlərdən yayındıra bilər.

Bu barədə “Nyu York Post” qəzeti məlumat yayıb.

Nəşr qeyd edib ki, rüsumlarla bağlı verilən qərardan sonra AB ilə ABŞ arasında ticarət sazişinin taleyi qeyri-müəyyən vəziyyətdə qalıb.

Qəzetin fikrincə, iqtisadi qeyri-müəyyənlik fonunda Avropa siyasətçiləri amerikalı həmkarlarının diqqətini digər ortaq problemlərə yönəltməkdə çətinlik çəkə bilərlər. Diqqətdən kənarda qala biləcək ilk mövzu Ukrayna münaqişəsi ola bilər. Digər məsələ isə Çinlə mövcud olan ziddiyyətlərdir.

NYT xəbərdarlıq edir ki, ticarət sazişi pozularsa, Avropa Birliyini növbəti iqtisadi qeyri-sabitlik dövrü gözləyir. Lakin bu baş verməsə belə, qarşıdakı aylar gərgin olacaq.

  • Sosial şəbəkədə paylaş