Polşa 5-10 il ərzində nüvə silahına sahib ola bilər, amma bu addım risklidir.
Bu barədə Polşa Beynəlxalq Münasibətlər İnstitutunun analitiki Artur Kaspşik “Defence24” nəşrinə danışıb.
Qeyd olunur ki, yaxın günlərdə Polşa prezidenti Karol Navrotski ölkənin nüvə silahına sahib olmasının tərəfdarı olduğunu açıqlayıb.
Bundan əvvəl məlum olub ki, ABŞ-ı artıq etibarlı tərəfdaş hesab etməyən Avropa hərbi rəsmiləri bölgə ölkələri üçün öz nüvə arsenalını yaratmaq barədə danışıqlar aparır.
