Rusiya hava hücumundan müdafiə qüvvələri gecə ərzində ölkə ərazisində 113 Ukrayna dronu vurub.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, pilotsuz təyyarələrin əksəriyyəti iki bölgədə - Bryansk və Smolenskdə məhv edilib. Birinci bölgədə 50 PUA, ikincisində isə 35-i məhv edilib.
Həmçinin Tver bölgəsi üzərində səmada 12 hava hədəfi vurulub. Novqorod bölgəsi üzərində 10 Ukrayna dronu, Leninqrad bölgəsi üzərində isə daha 4 dronu zərərsizləşdirilib.
Bundan əlavə, Kaluqa bölgəsi üzərində səmada 2 Ukrayna pilotsuz uçuş aparatı məhv edilib.
