Sizin reklam burada
Sizin reklam burada

Tramp yadplanetlilərlə bağlı çıxış etməyə hazırlaşır

Tramp yadplanetlilərlə bağlı çıxış etməyə hazırlaşır


ABŞ Prezidenti Donald Tramp Dünya əhalisini yerdənkənar sivilizasiyaların mövcudluğu barədə məlumatlandırmaq üçün xüsusi müraciət mətni hazırlayıb.

Bu barədə prezidentin gəlini Lara Tramp “Pod Force One” podkastında danışıb.

Onun sözlərinə görə, qayınatası doğru zamanı gözləyir.

Lara Tramp Ağ Ev rəhbərinin mütləq çıxış edəcəyini və yerdənkənar həyatla bağlı bildiklərini danışacağını söyləyib. O vurğulayıb ki, Tramp hazırda hətta ailə üzvləri ilə belə bu məsələnin detallarını paylaşmır, çox vacib məlumatları gizli saxlayır.

Sözügedən açıqlama fevralın 14-də keçmiş prezident Barak Obamanın “No Lie” podkastındakı sözlərindən sonra gündəmə gəlib.

Xatırladaq ki, Obama yadplanetlilərin real olduğunu, lakin onların Nevada ştatındakı gizli “51-ci zona”da ("Area 51") saxlanılmadığını açıqlamışdı.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ