İsrailin xüsusi təyinatlıları Suriyanın Dera bölgəsində iki yaşayış məntəqəsində əməliyyat keçirib.
Bu barədə "Əl Mayadin" telekanalı məlumat yayıb.
Məlumata görə, xüsusi təyinatlılar 7 zirehli avtomobildə Masartiya qəsəbəsinə daxil olublar. Burada sakinlərin evlərində axtarış aparılıb və radikal qruplaşma üzvləri olmaqda şübhəli bilinən iki nəfər saxlanılıb.
Digər əməliyyat Saysun yaşayış məntəqəsində aparılıb.
