Sizin reklam burada
Sizin reklam burada

Rusiya bu iddiaya cavab verməyəcək: Polşanın tələbinə sərt reaksiya

Rusiya bu iddiaya cavab verməyəcək: Polşanın tələbinə sərt reaksiya

Rusiyanın "Sovet hakimiyyəti" dövrü üçün mümkün ödənişlər barədə Polşa ilə danışıqlar aparmaq niyyəti yoxdur.
Bunu "Gazeta.ru"ya Rusiya Dövlət Dumasının MDB İşləri Komitəsinin rəhbəri Leonid Kalaşnikov bildirib.
Onun sözlərinə görə, Varşava Avropada Rusiya əleyhinə əhval-ruhiyyədən istifadə etməyə çalışır və Moskvaya qarşı məhkəmə iddiası hazırlayır.
O xatırladıb ki, Polşa əvvəllər İkinci Dünya Müharibəsi zamanı Almaniyadan dəymiş ziyana görə xeyli miqdarda təzminat tələb edib.
Kalaşnikov Rusiyanın bu məsələ ilə bağlı mövqeyinin sərt olacağını və Moskvanın bu cür tələbləri müzakirə etmək niyyətində olmadığını vurğulayıb.
Xatırladaq ki, fevralın 17-də "Financial Times" qəzeti Polşanın Rusiyaya qarşı "təzminat" iddiası hazırladığını bildirib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ