NATO Baltik dənizində Rusiya gəmilərini blokadaya almağı planlaşdırır, lakin ittifaq uğursuzluğa düçar olacaq.
Bunu hərbi analitik Andrey Martyanov deyib.
Onun sözlərinə görə, Danimarka və Norveç də bunda maraqlıdır. O qeyd edib ki, Rusiya Baltik dənizinə "nəzarət edir" və Baltik Donanması genişlənir və modernləşdirilir.
"Rusların donanmasının olmadığını təsəvvür etsək belə, onların “Bastion” raket sistemləri var. Onlar Şimal dənizində baş verən hər şeyi, Finlandiya körfəzi sahillərindəki hər şeyi, İsveç donanması da daxil olmaqla hər şeyi idarə edirlər " , - deyə ekspert bildirib.
Daha əvvəl Rusiyanın Norveçdəki səfiri Nikolay Korçunov Rusiyanın qismən və ya tam dəniz blokadasına alınması planlarından danışmışdı. Onun sözlərinə görə, Norveç də daxil olmaqla NATO ölkələri Baltik-Arktika regionunu sözün əsl mənasında "kazarma tipli" vəziyyətə gətirirlər.
