Sizin reklam burada
Sizin reklam burada

Rusiyanın müdafiə xətti yarıldı - Ukrayna sürətlə irəliləyir

Rusiyanın müdafiə xətti yarıldı - Ukrayna sürətlə irəliləyir

Zaporojye cəbhəsində Rusiyanın müdafiə xətti yarılıb. ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun məlumatına görə, Ukrayna ordusu son 2 il ərzində ən böyük və sürətli irəliləməni həyata keçirib.
Bu barədə politoloq Kamran Cəfərov bildirib.
“USQ 11 fevraldan 15 fevrala qədər qədər olan müddətdə Rusiya ordusundan 201 kvadrat kilometr ərazini geri alıb. Bu qədər ərazi 2023-cü ilin iyun ayında baş vermiş əks-hücumdan bəri bu qədər qısa müddətdə azad olunmamışdı.
“Ukrayna ordusu, ehtimal ki, Rusiya ordusunun “Starlink” peyk sisteminə çıxışının məhdudlaşdırılmasından istifadə edir. Rusiya hərbi blogerlərinin sözlərinə görə, bu, rabitə və idarəetməni zəiflədib”, - Müharibənin Tədqiqi İnstitutu vurğulayıb.
Ukraynanın əks-hücumları əsasən Zaporojye şəhərindən təxminən 80 kilometr şərqdə yerləşən zonada cəmləşib. Rusiya qoşunları 2025-ci ilin yayından etibarən həmin istiqamətdə xeyli irəliləmişdi”, - politoloq qeyd edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ