Sizin reklam burada
Sizin reklam burada

Rusiya nümayəndə heyəti Cenevrədə - Təhlükəsizliyə bu ölkə təminat verib

Rusiya nümayəndə heyəti Cenevrədə - Təhlükəsizliyə bu ölkə təminat verib

Amerika tərəfi Rusiya nümayəndə heyətinin Cenevrə danışıqlarına təhlükəsiz keçidinin təmin edilməsində iştirak edib.
Bu barədə diplomatik mənbə “RİA Novosti”yə bildirib.
Mənbənin sözlərinə görə, ABŞ Rusiya nümayəndələrinin İsveçrəyə gəlişi ilə bağlı icazələrin əlaqələndirilməsində texniki səviyyədə iştirak edib.
Cenevrədə Ukrayna ilə bağlı danışıqlar 17-18 fevral tarixlərində keçiriləcək. Danışıqlarda Rusiya, Ukrayna və ABŞ-dan nümayəndələr iştirak edəcək.
Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək. Prezidentin mətbuat katibi Dmitri Peskov izah edib ki, Cenevrədə əvvəlki görüşlərdən daha geniş məsələlərin müzakirəsi planlaşdırılır. Nümayəndə heyəti 15-20 nəfərdən ibarət olacaq.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ