ABŞ Ədliyyə Nazirliyinin açıqladığı sənədlərdə Ceffri Epşteynin dəlil yox etməyə cəhd etdiyi ortaya çıxıb.
Sənədlərə əsasən, Epşteyn 2011-ci ildə göndərdiyi elektron məktubda adadakı hər şeyin basdırılmasını istəyib.
Onun 6 noyabr 2011-ci ildə Qari Kerniyə göndərdiyi e-maildə bu sözlər yazılıb: "Adadan kənarda qazıntı işləri aparmaq üçün pul xərcləmək istəmirəm, hər şeyi basdırın. Təmizləmə işlərinin sürətlə getməsini görmək istəyirəm".
