Gürcüstandan Rusiyaya "Yuxarı Lars" vasitəsilə gedən yol bütün nəqliyyat vasitələri üçün bağlanıb.
Bu barədə Gürcüstanın Avtomobil Yolları Departamenti məlumat yayıb.
"Mtsxeta-Stepantsminda-Lars beynəlxalq əhəmiyyətli avtomobil yolunun Qudauri-Kobi hissəsində qar uçqunu təhlükəsi ilə əlaqədar bütün nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib", - məlumatda deyilir.
Xatırladaq ki, MAPP "Yuxarı Lars" vasitəsilə yol hazırda Ermənistanı Rusiya ilə (Gürcüstan üzərindən) birləşdirən yeganə quru marşrutudur.
