Rusiya-Ukrayna müharibəsi ilə bağlı üçtərəfli məsləhətləşmələrin növbəti mərhələsi bu həftə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçiriləcək.
Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bəyanat yayıb.
Onun sözlərinə görə, 4-5 fevral tarixlərində Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin görüşü planlaşdırılıb.
Diplomatik əlaqələrin "gizli diplomatiya" adlanan prosesin intensivləşməsi fonunda davam etdiyi vurğulanıb.
Qeyd edək ki, bu formatda ilk məsləhətləşmələr 23-24 yanvar tarixlərində baş tutub.
