Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi Nazirlər Kabineti ilə Azərbaycan və Ermənistanın avqustun 8-də Ağ Evdə əldə etdiyi razılaşmaları müzakirə etmək niyyətindədir.Bu barədə "CNN Türk" məlumat yayıb.
"ABŞ-da Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında sənəd imzalanıb. Ərdoğan bunun nəticələrini müzakirə etmək niyyətindədir", - məlumatda deyilir.
İclasın xarici siyasət gündəminin əsas mövzusu Qəzzadakı vəziyyət olacaq. Türkiyənin xarici işlər naziri Hakan Fidanın bu mövzuda təmasları barədə prezidentə məlumat verməsi gözlənilir.
Xatırladaq ki, avqustun 8-də baş tutan Vaşinqton görüşündə Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ prezidenti Donald Trampın iştirakı ilə Birgə Bəyannamə imzalayıblar.
