ABŞ Azərbaycan və Ermənistan liderlərinin görüşündə imzalanacaq çərçivə sənədi ABŞ silahlı qüvvələrinin regionda sülhməramlı fəaliyyətlərdə iştirakını nəzərdə tutur.
Bu sensasion iddia ilə “The Washington Post” çıxış edib.
“Prezident Donald Tramp cümə günü Ermənistan və Azərbaycan liderlərini Ağ Evdə qarşılamağa və 40 ildir davam edən qanlı silahlı münaqişədən sonra Cənubi Qafqaz qonşuları arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş sülh sazişinin imzalanmasına sədrlik etməyə hazırlaşır”, - qəzet yazır.
Məqalədə qeyd olunur ki, Ukraynada müharibə başlayandan sonra Rusiya postsovet məkanında təsirini kəskin şəkildə zəiflədib.
