Sizin reklam burada
Sizin reklam burada

Bakıda dövlət binaları təmir ediləcək

Bakıda dövlət binaları təmir ediləcək




"Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC Bakı şəhəri ərazisində dövlət mənzil fonduna aid binaların əsaslı təmirinə 5 milyon 991 min 685 manat xərc çəkəcək.

Qurum müvafiq işlər üzrə tender elan edib və podratçı axtarışındadır.

Qeyd edək ki, namizədlər təkliflərini təqdim etmək üçün 1500 manat iştirak haqqı ödəməlidirlər.

Təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi isə tarixi sentyabrın 3-nə təyin olunub.

  • Sosial şəbəkədə paylaş