Rusiya və Ukrayna arasında danışıqlar prosesini pozmağa mütəmadi cəhdlərə baxmayaraq, dialoq öz intensivliyini saxlamalıdır.
Bu fikri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyasından "RİA Novosti"yə bildiriblər.
“Əlbəttə, biz onların intensiv olmasını gözləyirik, Türkiyə tərəfi mütəmadi olaraq dialoqu davam etdirməyə çağırır”, - deyə mənbə qeyd edib.
Nəşrin həmsöhbəti eyni zamanda razılaşmanı pozmaq cəhdlərinin davam edəcəyini vurğulayıb. Onun fikrincə, bu riskləri minimuma endirmək üçün danışıqların intensivliyi yüksək olmalıdır.
Bildirilir ki, Ərdoğan administrasiyasında Rusiya-Ukrayna danışıqlarının yeni raundunun vaxtı barədə hələ ki, məlumat yoxdur.
