arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Pakistan ELAN ETDİ: Hindistanla mayın 18-dək...

Pakistan ELAN ETDİ: Hindistanla mayın 18-dək...Hindistan və Pakistan atəşkəs rejimini mayın 18-dək uzadıb.

Bu barədə Pakistanın baş nazirinin birinci müavini və xarici işlər naziri İshaq Dar məlumat verib.

Parlamentdə çıxış edən Dar mayın 14-də iki ölkənin hərbi əməliyyat komandirləri arasında yeni telefon danışığı zamanı razılığın əldə edildiyinə aydınlıq gətirib. O, ilk belə söhbətin mayın 10-da baş verdiyini qeyd edib.

“Mayın 14-də aparılan danışıqlar atəşkəs rejiminin mayın 18-dək uzadılması ilə nəticələndi”, - deyə ölkənin baş nazirinin müavini Pakistan parlamentinin yuxarı palatasına bildirib.

Mayın 12-də "Geo" TV Pakistanın Hindistanın hərəkətlərinə cavab olaraq başlatdığı "Bunyan-un-Marsoos" əməliyyatını dayandırdığını bildirib.

  • Sosial şəbəkədə paylaş