
Bakı-Tbilisi-Bakı sərnişin daşımalarının bərpası istiqamətində texniki detallar dəqiqləşdirilir.
Bu barədə “Gürcüstan Dəmir Yolları”ndan məlumat verilib.
Bildirilib ki, bu prosesə dəmir yolu administrasiyaları, eləcə də məsələ ilə bağlı hər iki ölkənin aidiyyəti qurumları arasında danışıqlar və texniki detalların dəqiqləşdirilməsi daxildir.
Qeyd olunub ki, tərəflər intensiv işləyir və hərəkətin bərpasının konkret tarixi daha sonra açıqlanacaq.
Məlumat üçün bildirək ki, ötən gün sosial şəbəkədə “Azərbaycan Dəmir Yolları”na aid qatarın Tbilisidə dəmir yolu vağzalında görünməsini əks etdirən fotoşəkil yayılıb. Açıqlamada bildirilir ki, həmin qatar dəmiryol xətlərinin diaqnostikasını aparan qatardır.
Qeyd edək ki, daha öncə Gürcüstan tərəfi Bakı və Tbilisi arasında dəmir yolu vasitəsilə sərnişin daşımalarının mayın 1-dən bərpa olunacağını bildirib.