arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

İlham Əliyev sərəncam imzaladı

İlham Əliyev sərəncam imzaladı


Anar Nazim oğlu Eminov Mingəçevir Dövlət Universitetinin rektoru təyin edilib.

Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, A.Eminov 1992-1999-cu illərdə Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində təhsil alıb. 1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetini beynəlxalq ticarət ixtisası üzrə fərqlənmə ilə bitirib. 2003-2004-cü illərdə Türkiyənin Egey Universitetini, 2004-2006-ci illərdə isə Doqquz Eylül Universitetini magistratura səviyyəsində beynəlxalq biznesin idarə edilməsi ixtisası üzrə fərqlənmə ilə bitirib.

O, 2006-2010-cu illərdə Qərb Universitetinin hüquqşünaslıq ixtisasını bitirib. 2006-2007-ci illərdə Beynəlxalq Ticarət İnstitutunun elektron ticarət ixtisasını (distant) bitirib. 2012-ci ildə İqtisadi İnkişaf Nazirliyi, İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun dünya iqtisadiyyatı ixtisası üzrə müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2016-cı ildə dosent elmi adını alıb.

2015-2020 Azərbaycan Turizm və Menecment Universiteti, “Sahə iqtisadiyyatı” üzrə elmlər doktorluğu proqramını bitirib.
2023-cü ildə əvvəlcə Azərbaycan Texniki Universitetinin (AzTU) Tədqiqat və inkişaf şöbəsinin müdiri, daha sonra Yüksək Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin olunub.

Sosial sahələrə istiqamətlənmiş investisiya layihəsinin effektivliyi ilə bağlı tədqiqatlar aparır. 200-ə yaxın elmi məqalə, 5 dərs vəsaiti, 1 monoqrafiyanın müəllifidir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ