Sizin reklam burada
Sizin reklam burada

Ermənistan Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialardan əl çəkməlidir - XİN rəsmisi

Ermənistan Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialardan əl çəkməlidir - XİN rəsmisi

Xəbər verdiyimiz kimi, bu gün xarici işlər nazirinin müavini Elnur Məmmədov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə nazir müavini post-münaqişə dövründə bölgədə vəziyyət, Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə aparılan danışıqlar barədə qarşı tərəfə məlumat verib.

Sülh sazişi üzrə danışıqlarda əhəmiyyətli irəliləyişə baxmayaraq, Ermənistanın Konstitusiyasında, qanunvericilik aktlarında, habelə beynəlxalq təşkilat və məhkəmələrdə ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialar bir daha xatırlanıb və bu iddialardan əl çəkməyin vacibliyi vurğulanıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ