Sizin reklam burada
Sizin reklam burada

Rusiyadan sürpriz açıqlama: Türkiyə Suriyadan çəkilməyə hazırdır, amma...

Rusiyadan sürpriz açıqlama: Türkiyə Suriyadan çəkilməyə hazırdır, amma...



Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyə ilə Suriya arasında normallaşma addımları ilə bağlı “Russia Today”-a (RT) açıqlama verib.

O, Rusiya, Türkiyə, Suriya və İranın yaxın vaxtlarda Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılmasını müzakirə etmək üçün daha bir görüş keçirməyi planlaşdırdığını bildirib.

Türkiyənin qoşunlarını Suriyadan çıxarmaq üçün danışıqlara hazır olduğunu qeyd edən nazir hələlik konkret şərtlərlə bağlı razılıq əldə edilmədiyini bildirib.

"Keçən il həm müdafiə, həm də xarici işlər nazirlikləri və özəl qurumların iştirakı ilə görüşlər təşkil etmək üçün çox səy göstərdik. Biz bu görüşlərdən Suriya ilə Türkiyə arasında münasibətlərin normallaşmasına gətirib çıxara biləcək şərtləri müzakirə etmək üçün istifadə etdik", - deyə Lavrov bildirib.

Lavrovun “Suriya hökumətinə görə, Ankara ilə münasibətləri normallaşdırmaq üçün türk əsgərlərinin Suriyadan çıxarılması ilə bağlı dəqiq qərar verilməlidir” sözləri də diqqət çəkib.

Xatırladaq ki, Suriya Prezidenti Bəşər Əsəd avqustun 25-də Xalq Məclisindəki çıxışında Türkiyə ilə normallaşma şərtini açıqlamışdı. Türkiyənin Suriyadakı hərbi varlığına son verməsi lazım olduğunu bildirən Əsəd terrora qarşı mübarizənin hər iki tərəfin ortaq marağı olduğunu qeyd etmişdi.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ