Sizin reklam burada
Sizin reklam burada

“Sui-qəsd nəzəriyyəsi”: Baydenin imzasındakı sirli detal ABŞ-ı qarışdırdı

“Sui-qəsd nəzəriyyəsi”: Baydenin imzasındakı sirli detal ABŞ-ı qarışdırdı


ABŞ prezidenti Co Baydenin prezidentlik yarışından imtina məktubundakı imzasının həqiqiliyi ilə bağlı sui-qəsd nəzəriyyələri internetdə yayılır.

Publika.az xəbər verir ki, bu barədə “DailyMail” məlumat yayıb.

Sosial media istifadəçilərinin fikrincə, sənəddəki imzanın altından xətt çəkilib, Bayden daha əvvəl bunu etməyib.

Nəşr qeyd edib ki, sui-qəsd nəzəriyyəsini sosial şəbəkələrdə paylaşanlardan biri Demokratlar Partiyasının keçmiş sponsoru, milyarder Bill Akmandır. O, Baydenin daha əvvəl aşağıda imzasını vurğulamadığını bildirib və ABŞ prezidentinin bir neçə imzasını nümunə kimi göstərib.

Xatırladaq ki, Bayden daha əvvəl namizəd olmayacağını açıqlamış və sosial şəbəkələrdə rəsmi məktub dərc etmişdi.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ