Sizin reklam burada
Sizin reklam burada

Bu hadisə Trampa qələbə gətirəcək, Bayden isə... - Politoloq

Bu hadisə Trampa qələbə gətirəcək, Bayden isə... - Politoloq


ABŞ siyasi sisteminin tənəzzülə uğraması və Amerika demokratiyasının artıq əvvəlki nüfuzunun olmaması insanlarda dərin narahatlıq hissi yaradır.

Publika.az xəbər verir ki, bunu amerikalı politoloq Yan Bremmeri "Mediaite" nəşrinə müsahibəsində bildirib.

Politoloqun sözlərinə görə, bu fakt onun üçün sui-qəsd cəhdindən sonra Donald Trampın yenidən seçilmək şansından daha çox təəssüf doğurur.

Məqalədə Bremmerin CNN ilə söhbəti xatırladılır. Söhbət zamanı o, Co Baydenin Trampa sui-qəsd cəhdindən sonra “seçkiləri mütləq uduzacağını” deyib və sonra əlavə edib ki, Baydenin məğlubiyyəti “hətta sui-qəsd cəhdindən əvvəl də qaçılmaz görünürdü”.

Politoloq bununla bağlı qeyd edib ki, ABŞ-ın müttəfiqlərinin əksəriyyəti bu səbəbdən diskomfort yaşayır və Trampın gəlişinə hazırlaşmağa başlayır.

“Əsas nəticə ondan ibarətdir ki, Birləşmiş Ştatlar artıq dünyanın bütün ölkələrinin heyran qaldığı siyasi sistemə malik deyil. Bütün dünya bu gün dollardan, Amerika iqtisadiyyatından, innovasiyasından və sahibkarlığından tam məmnundur. Amma heç kim Amerikanın siyasi sisteminə heyran deyil”, - Bremmner əlavə edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ