Goranboy rayonunda 1973-cü il təvəllüdlü Sevda Nəbiyeva göldə batıb.
Hadisə Səfikürd kəndi ərazisində qeydə alınıb. 53 yaşlı qadının meyiti göldən çıxarılıb.
Qadının Goranboy rayon Təcili Tibbi Yardım stansiyasının həkimi olduğu bildirilir.
Faktla bağlı Goranboy rayon prokurorluğunda araşdırma başlanılıb.
