Sizin reklam burada
Sizin reklam burada

İldırımdan necə qorunaq?

İldırımdan necə qorunaq?




İldırımın insanın üstünə düşmə ehtimalı az olsa da, mümkünsüz deyil. Bəs, ildırım təhlükəsinə qarşı nə etmək lazımdır?

Publika.az bu sualın cavabını tapmaqda sizə kömək edəcək:

1. Özünüzü ildırımdan qorumaq üçün sığına biləcəyiniz bir bina və ya örtülü nəqliyyat vasitəsi tapmağa çalışın, əgər sığınacaq yoxdursa, diz üstə çökün və özünüzü örtməyə çalışın.

2. Fırtına zamanı açıq yerlərdən və ağaclardan uzaq durun.

3. Əgər ildırımın düşmə təhlükəsini hiss etdiyiniz an çöldə olsanız, yaxınlıqdakı binaya və ya avtomobilə girin.

4. İldırım vurma təhlükəsini hiss etdikdə pəncərələri və qapıları möhkəm bağlayın, Pərdələri çəkin.

5. Əgər saçlarınız açıq ərazidə elektriklənirsə, dik durmağa başlayırsa, dəriniz sızlayırsa və xırıltı səsi eşidirsinizsə, diqqətli olun! İldırım hər an sizi vura bilər.

6. İldırım çaxması təhlükəsi yarandıqda, sığınacaq üçün örtülü yer yoxdursa, dərhal ərazinin ən aşağı nöqtəsində yerə diz çökün, ayaqlarınız bir yerdə barmaqlarınızın üstündə dayanın və başınızı dizlərinizin arasından örtün.

7. Hündür, düz yerdəsinizsə, başınızı mümkün qədər aşağı tutun. Gərginlik fərqi yaratmamaq üçün ayaqlarınızı bir yerə qoyun və yerlə təması mümkün qədər azaldın. Heç vaxt yerə düz uzanmayın! İldırımın daşıdığı elektrik yerə toxunduğu andan etibarən əraziyə yayılır. Əgər uzansanız, ildırım üçün daha böyük bir hədəf yaradırsınız.

8. İldırım eyni yeri dəfələrlə vura bilər.

9. İldırım yağışdan 15-20 kilometr aralıya qədər düşə bilir.

10. Rezin altlıqlı ayaqqabılar və ya rezin təkərlər ildırımdan qorunmur. Polad kimi sərt materiallardan hazırlanmış nəqliyyat vasitələri, metalla təmas etmədiyiniz müddətcə ildırımdan qorunmanı artırır.

Açıq ərazidə:

1. Sığına biləcəyiniz bir bina və ya örtülü nəqliyyat vasitəsi axtarın.

2. Əgər sığına biləcəyiniz yer yoxdursa, ərazinizdəki ən hündür obyektdən uzaq durun. Mümkün qədər kiçik bir hədəf yaradın.

3. Əgər sığınacaq yeriniz yoxdursa, mağaralar, dərələr, quru arxlar ən təhlükəsiz yerlərdir.

4. Meşəlik ərazidə olsanız heç vaxt tək qalan ağacın altına girməyin.

5. Düşərgə avadanlıqları və kürəklər kimi metal əşyalarla təmasdan çəkinin.

6. Elektrik xətləri, dəmir yolları, velosiped, motosiklet, traktor kimi üstü açıq nəqliyyat vasitələri və elektrik cərəyanını keçirə bilən hər hansı obyektlərə minməkdən çəkinin.

7. Əgər qrup halındasınızsa, bir-birinizdən ən azı 1,5 metr məsafədə qalın.

Binanın içərisində:

1. Bağçanızdan və balkonunuzdan yüngül əşyaları və portativ metal alətləri götürün.

2. Pəncərələri və qapıları bağlayın, açıq pəncərələrdən içəri girərək ildırım sizi də vura bilər.

3. Bağlanması mümkün olmayan qapı və pəncərələrdən, sobalardan və kaminlərdən, radiatorlardan, metal borulardan, elektrik prizinə qoşulmuş elektrik cihazlarından və simli telefonlardan uzaq durun.

4.Çimməkdən, qabları əllə yumaqdan və metal santexnikadan çəkinin.

Avtomobildə:

1. Səyahət zamanı avtomobilin içərisində qalın. Qapalı avtomobillər ildırımdan qorunmaq üçün daha təhlükəsiz yerlərdir.

2. Tufan keçənə qədər avtomobilinizi yolun kənarında təhlükəsiz yerə aparın. Fırtınadan sonra, yol səthi sudan görünmürsə, heç vaxt sudan keçməyin.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ