Sizin reklam burada
Sizin reklam burada

Gürcüstanda 14 yaşlı azərbaycanlı qızı qətlə yetirən "həyat yoldaşı"nın axtarışları davam edir

Gürcüstanda 14 yaşlı azərbaycanlı qızı qətlə yetirən "həyat yoldaşı"nın axtarışları davam edir


Gürcüstanın Saqareco bələdiyyəsinin Ləmbəli kəndində 14 yaşlı Aytac Şahmarovanın qətlində təqsirləndirilən 30 yaşlı "həyat yoldaşı" Alim Sadiqovun axtarışları davam etdirilir.

APA-nın Gürcüstan bürosu "24news.ge" portalına istinadən xəbər verir ki, qətlə yetirilən azyaşlı 2 ay əvvəl evlənmək məqsədilə zorla qaçırılıb.

Bildirilib ki, faktla bağlı onun ailəsi, oxuduğu məktəb, Təhsil Resurs Mərkəzi (maarif şöbəsi) məlumatlı olsa da heç bir tədbir görülməyib.

Qeyd olunub ki, Aytac Şahmarova bu müddət ərzində bir neçə dəfə evdən qaçmağa da cəhd edib.

Yerli sakinlərin sözlərinə görə, cinayət hadisəsi "ər və arvad"ın qohumlarının toyuna getməyə hazırlaşdığı vaxt baş verib. A. Sadiqov qeyri-rəsmi nikahda olduğu yeniyetməni odlu silahdan 3 dəfə atəş açaraq xəsarət yetirib, yeniyetmə aldığı güllə yarasından hadisə yerindəcə keçinib.

Xatırladaq ki, qətl oktyabrın 5-da gecə saatlarında baş verib.

Faktla əlaqədar Gürcüstan DİN tərəfindən Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ