ABŞ-İran gərginliyi davam edərkən dünya bazarlarında neftin qiyməti yenidən artıb.
Bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, neftin bir barelinin qiyməti təxminən 2 faiz artaraq 90,84 dollara çatıb.
Analitiklər bildirirlər ki, Hörmüz boğazından ixracın azalması və Qırmızı dənizdən neft tədarükünün pozulması ilə bağlı narahatlıqlar qiymət artımına səbəb olur.

