"Azərbaycan Dəmir Yolları" QSC (ADY) bu ilin yanvar-avqust aylarında 7,3 milyondan çox sərnişin daşıyıb.
Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 18 faiz çoxdur.
Məlumata əsasən, hesabat dövründə Abşeron dairəvi dəmir yolu xətti üzrə sərnişindaşıma 17 faiz artaraq 6,9 milyona, rayonlararası marşrutlar üzrə isə 15 faiz artaraq 396 minə çatıb. Beynəlxalq Bakı-Tbilisi-Bakı marşrutu ilə səfər edən sərnişinlərin sayı isə 53 min nəfər təşkil edib.
Cari ilin avqust ayında ümumi sərnişindaşıma 913 568 nəfər olmaqla ötən ilin eyni ayı ilə müqayisədə 24 faiz artım göstərib.
