Cari ilin səkkiz ayında Azərbaycanda 97 798 nəfərə proaktiv qaydada sosial müavinət və təqaüd təyin olunub.
Bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.
Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında təyinatların 52,9 faizini kişilər, 47,1 faizini isə qadınlar təşkil edib.
Qeyd edək ki, sözügedən ödənişlərə aylıq və birdəfəlik sosial müavinətlər, eləcə də təqaüdlər daxildir.
