Sizin reklam burada
Sizin reklam burada

Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı


Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 10,89 ABŞ dolları və ya 8,33 % artaraq 141,68 ABŞ dolları təşkil edib.
Bu barədə neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyun fyuçerslərinin qiyməti 141,37 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ