Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanda son bir ayda qiymətlər bu qədər artıb

Azərbaycanda son bir ayda qiymətlər bu qədər artıb

2026-cı ilin fevral ayında Azərbaycanda istehlak qiymətləri 2025-ci ilin fevralı ilə müqayisədə 5,7 faiz artıb.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, ötən ay ərzaq məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə inflyasiya 6,8 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə isə 5,7 faiz təşkil edib.
Qeyd olunub ki, 2025-ci ilin yanvar–fevral ayları ilə müqayisədə orta illik qiymət artımı 5,7 faiz olub, son bir ay ərzində isə qiymətlər 0,6 faiz artıb.

  • Sosial şəbəkədə paylaş