Sizin reklam burada
Sizin reklam burada

Nə qızıl, nə gümüş - ekspertdən 2026-cı il üçün "çempion" namizəd

 Nə qızıl, nə gümüş - ekspertdən 2026-cı il üçün "çempion" namizəd

Türkiyəli iqtisadçı-ekspert İslam Memiş ABŞ-nin İrana mümkün müdaxiləsinin qızıl qiymətlərini daha da yüksəldə biləcəyini, lakin 2026-cı ilin əsl "çempionunun" birja olacağını proqnozlaşdırır.
Hazırda qızılın unsiya qiyməti 5 000 dollar ətrafında olsa da, Memiş bunun zirvə olmadığını bildirir. Onun fikrincə, yaxın gələcəkdə hədəf 6 000 dollar səviyyəsidir.
Ekspert 2026-cı ildə ABŞ-nin İrana təxminən 3-4 həftə davam edəcək bir müdaxilə ehtimalını vurğulayır. Bu hadisənin bazarlarda qiymətləri sürətlə yuxarı daşıyacağı gözlənilir.
İslam Memiş 2026-cı ilin ikinci yarısından etibarən səhm bazarının (birjanın) qızıl və gümüşü geridə qoyacağını iddia edir:
"2026-cı ildəki çempionumun gümüş və ya qızıl deyil, birja olacağını təxmin edirəm. Qiymətlər pilləli şəkildə yüksələcək. Amma çox sürətləndiyi zaman qorxun."
Gümüşlə bağlı daha təmkinli danışan ekspert gümüşün unsiya qiymətində üçrəqəmli rəqəmlər (100 dollar və üzəri) gözləmədiyini qeyd edib. O, bildirib ki, gümüş yanvar ayında bir illik qazancını cəmi bir ayda verdiyi üçün hazırda itkilər qaçılmazdır.
Memiş bildirir ki, sağlam yüksəlişin olması üçün bazarda arada bir qiymət enişlərinə (korreksiyalara) ehtiyac var.
İnvestorları manipulyasiyalardan qorunmağa çağıran ekspert, hər gün eyni aktivin (məsələn, ancaq qızılın) yüksəlməsinin riskli olduğunu xatırladır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ