Sizin reklam burada
Sizin reklam burada

Etirazlar fonunda İran rialı çökdü: Rekord səviyyədə düşüş

Etirazlar fonunda İran rialı çökdü: Rekord səviyyədə düşüş


İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda rekord səviyyədə aşağı düşüb.

Bu barədə "Reuters" məlumat yayıb.

Qeyd olunur ki, İranın valyutası illər ərzində sanksiyalar və iqtisadi problemlər səbəbindən əhəmiyyətli dərəcədə devalvasiyaya uğrayıb ki, bu da 2025-ci ilin dekabr ayının sonlarında ölkə daxilində kütləvi etirazlara səbəb olub.

Xatırladaq ki, İran rialı rəsmi olaraq dünyanın ən ucuz valyutasıdır. 27 yanvar tarixinə olan məlumata görə, onun sərbəst bazar məzənnəsi ABŞ dolları üçün təxminən 1.468.000 rial, hökumət tərəfindən subsidiyalaşdırılan rəsmi məzənnə isə təxminən 42.000 rial/dollar təşkil edib.

  • Sosial şəbəkədə paylaş