Sizin reklam burada
Sizin reklam burada

Dmitri Pankin: “Azərbaycan yeni logistika və istehsal imkanlarından istifadə etməlidir”

Dmitri Pankin: “Azərbaycan yeni logistika və istehsal imkanlarından istifadə etməlidir”
“Azərbaycan üçün əsas məqsədlərdən biri iqtisadiyyatın diversifikasiya edilməsidir”.

Məlumata görə, bunu Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) 24-cü illik toplantısı çərçivəsində keçirilən “Dəyişən dünyada diversifikasiyalaşmış və innovativ Azərbaycan iqtisadiyyatının dəstəklənməsində QDTİB-nin rolu” adlı Biznes Forumda QDTİB-nin Prezidenti Dmitri Pankin bildirib.

Onun sözlərinə görə, beynəlxalq rəqabətli iqtisadiyyatın yaradılması çox mühüm bir vəzifədir.

O qeyd edib ki, bu gün geosiyasi vəziyyət çox gərgindir:

“Rusiya-Ukrayna məsələsi Azərbaycanın qarşısında da logistika və digər məsələlərdə çətinliklər yaradır. Azərbaycan yeni logistika və istehsal imkanlarından istifadə etməlidir”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ