Sizin reklam burada
Sizin reklam burada

Milli Qurtuluş Günü – Azərbaycanın Güclü Gələcəyinin Təməli

Milli Qurtuluş Günü – Azərbaycanın Güclü Gələcəyinin Təməli

15 İyun tarixi Azərbaycan xalqının yaddaşında xüsusi yer tutur. Bu gün ölkəmizin dövlət müstəqilliyinin qorunması, milli birliyin təmin olunması və sabit inkişaf mərhələsinin başlanğıcı kimi tarixə düşmüşdür.
1993-cü ildə ölkədə yaranmış mürəkkəb ictimai-siyasi vəziyyət dövlətçiliyin gələcəyini sual altında qoymuşdu. Həmin çətin günlərdə xalqın etimadını qazanan Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkədə yeni inkişaf strategiyasının əsasını qoydu. Onun uzaqgörən siyasəti nəticəsində daxili sabitlik bərpa olundu, iqtisadi islahatlar həyata keçirildi, beynəlxalq əlaqələr genişləndirildi və Azərbaycanın dünya birliyində mövqeyi möhkəmləndi.
Milli Qurtuluş Günü həm də xalqın öz dövlətinə inamının, milli maraqlar uğrunda həmrəyliyinin və gələcəyə olan ümidlərinin simvoludur. Bu gün müstəqil Azərbaycanın əldə etdiyi uğurların təməlində məhz həmin tarixi qərarlar və siyasi iradə dayanır.
Bu əlamətdar gün hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Milli Qurtuluş Günü bizə dövlətçiliyin qorunmasının, milli birliyin və sabitliyin nə qədər vacib olduğunu bir daha xatırladır.
15 İyun – Milli Qurtuluş Günü münasibətilə bütün xalqımızı ürəkdən təbrik edir, doğma Azərbaycanımıza əbədi müstəqillik, möhkəm birlik, sülh, rifah və davamlı tərəqqi arzulayırıq. Bayramınız mübarək!

İlhamə Qasımova
Goranboy şəhər 2 saylı tam orta məktəbin direktoru

  • Sosial şəbəkədə paylaş