İqtisadiyyat naziri Mikayıl Cabbarov İsrailin maliyyə naziri Aviqdor Libermanla görüşüb.
Bu barədə nazir “Facebook” hesabında paylaşım edib.
“Azərbaycan-İsrail iqtisadi münasibətlərinin cari vəziyyəti, ticarət əlaqələrinin genişləndirilməsi istiqamətləri və yeni əməkdaşlıq imkanları barədə səmərəli müzakirələr apardıq”, - deyə nazir qeyd edib.