Sabah - Xocalı soyqırımının 29-cu ildönümü günü Bakının Xətai rayonunun Xocalı prospektindəki “Ana fəryadı” abidəsi qarşısında keçiriləcək anım tədbiri ilə bağlı həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət səbəbindən bir sıra müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkəti müvəqqəti dəyişdiriləcək.
Bu barədə Xeberleragentliyi.com-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Məlumata görə, dəyişiklik ümumilikdə yeddi müntəzəm marşrut xəttini (4, 21, 30, 32, 46, 49 və 175) əhatə edəcək.
Qeyd olunan müntəzəm xətlər üzrə avtobusların hərəkəti digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə təşkil olunacaq. Dəyişiklik saat 08:00-dan məhdudiyyət tam aradan qaldırılana qədər davam edəcək.Oxu.