Sizin reklam burada
Sizin reklam burada

"Qəlbdən Qələmə" adlı ədəbi-bədii gecə keçirilib

"Qəlbdən Qələmə" adlı ədəbi-bədii gecə keçirilib
"Qəlbdən Qələmə" adlı ədəbi-bədii gecə keçirilib
"Qəlbdən Qələmə" adlı ədəbi-bədii gecə keçirilib
"Qəlbdən Qələmə" adlı ədəbi-bədii gecə keçirilib
"Qəlbdən Qələmə" adlı ədəbi-bədii gecə keçirilib


Şəki Kiş Tarix Memarlıq Qoruğunun və M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən "Narınqala" şəhər Folklor evinin birgə təşkilatçılığı ilə şair, nasir, publisist Vaqif Aslanın anadan olmasının 75 illiyi münasibətilə "Qəlbdən Qələmə" adlı ədəbi-bədii gecə keçirilib.
Tədbir Şəki Kiş Tarix Memarlıq Qoruğunun həyətində təşkil olunub.
Tədbirdə Kiş Tarix Memarlıq Qoruğunun kollektivi "Narınqala" Folklor evinin kollektivi, MİHİ Şəki rayon komitəsinin rəhbərliyi, M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin direktoru , Jurnalist Çingiz Nağıyev, AMEA-Şəki Regional Elmi Mərkəzinin Tarix üzrə fəlsəfə doktoru Rahim Həsənov, Şəki 3 saylı uşaq musiqi məktəbinin direktoru Şəmsiyyət Əsgərova, şairlər, mədəniyyət işçiləri iştirak edib.
Yubiley tədbirində çıxış edənlər Şəkinin, görkəmli şəxsiyyətləri ilə Azərbaycanın mədəniyyət, incəsənət, ədəbiyyat tarixində xüsusi rola malik olduğunu, belə şəxslərdən birinin də Azərbaycan Yazıçılar Birliyinin Şəki bölməsinin sədri, şair, yazıçı-dramaturq, Vaqif Aslan olduğunu bildirib.
75 illik yubileyi münasibətilə şair -publisist Vaqif Aslana MİHİ Şəki rayon Komitəsinin rəhbərliyi və "Narınqala" şəhər Folklor evinin xatirə hədiyyələri təqdim edilib.
Şair publisist Vaqif Aslan çıxış edərək yubiley tədbirinin təşkilatçılarına, ünvanına dedikləri xoş sözlərə görə çıxış edənlərin hər birinə öz təşəkkürünü və minnətdarlığını bildirib.
Tədbirin bədii hissəsində M.F.Axundzadə adına Mədəniyyət Mərkəzinin "Səbuhi" instrumental ansamblı öz gözəl musiqiləri ilə rəng qatıb.Həmçinin tədbirdə şairin şeirləri səsləndirilib, Şəki Uşaq İncəsənət məktəbinin rəqs kollektivi iştirak edib .

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ