




24 iyun 2025-ci il tarixində Ağdaş rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə 26 İyun Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib.
Rayon Qaradağlı kənd klubunda keçirilən tədbirdə Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin əməkdaşları, şəhid ailə üzvləri, qazilər, hərbi qulluqçular, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə Ağdaş rayon Mədəniyyət Mərkəzinin əməkdaşlarının və məktəblilərinin təqdimatında kompozisiyalar, rəqslər nümayiş etdirilib, nəğmələr səsləndirilib.
#Azərbaycan #SilahlıQüvvələrGünü