




Xalq artisti Alim Qasımov və Əməkdar artist Fərqanə Qasımova Şamaxı rayon Mədəniyyət Mərkəzində konsert proqramı ilə çıxış edib.
Azərbaycan muğam sənətinin dünyaya tanıdılmasında və təbliğində əvəzsiz xidmətləri olan xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Qasımova Şamaxı Rayon Mədəniyyət mərkəzində xüsusi konsert proqramı ilə çıxış ediblər.
Konsertdə rayon idarəetmə oqranlarının rəhbərləri, şəhid ailələri, ağsaqqallar və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Konsertdə muğam, təsnif və bəstəkar mahnıları səsləndirilib. Alim Qasımovun uzun illərdən sonra Şamaxıda konsert proqramı ilə çıxışı həmyerlilərinin böyük sevinci və alqışları ilə müşahidə olunub.
#MədəniyyətNazirliyi
#DağlıqŞirvanRMİ