Sizin reklam burada
Sizin reklam burada

"BəxtiYarım" sənədli filminin təqdimat mərasimi keçirilib

01.08.2024-cü il tarixində Şəki şəhər Heydər Əliyev Mərkəzində lokal xarakterli antiterror əməliyyatında şəhid olan Bəxtiyar İdrisova həsr olunmuş, "BəxtiYarım" sənədli filminin təqdimat mərasimi keçirilib.
Tədbirdə, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin əməkdaşları, Şəki şəhər İcra Hakimiyyətinin rəhbər heyəti, şəhid ailələri, ziyalılar iştirak edib.
Tədbirdə, araşdırmaçı-jurnalist Şahin Aydəmirin və Könül Mahmudovanın birgə hazırladıqları “Bəxtiyarsız günlər” kitabı, həmçinin gənc rəssam Sanur Salamzadənin şəhidlərimizin ruhuna hörmət əlaməti olaraq çəkdiyi portret xatirə olaraq şəhidin ailəsinə təqdim edilib.
"BəxtiYarım" sənədli filmi Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şəki şəhər Mədəniyyət Mərkəzinin əməkdaşı Elvin Nüsrətoğlunun rejissorluğu əsasında hazırlanıb.
#şəhid #tədbir #təqdimat #mədəniyyət #incəsənət #film

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ