11 iyul 2024-cü il tarixdə İsmayıllı rayon Heydər Əliyev Mərkəzində “14 İyul 1969-cu il-Tariximizin Şanlı Səhifəsi" mövzusunda tədbir keçirilib. tədbir keçirilib.
Konfransda Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəis müavini Əlisultan Sadıxov, “Niyal” instrumental ansamblının solisti, əməkdar mədəniyyət işçisi, “Tərəqqi” medallı Sahibə Abdullayeva, İsmayıllı rayon MKS-in direktoru Orxan Ağayev, İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Araz Hüseyn, İsmayıllı rayon F.Əzimov adına Uşaq İncəsənət Məktəbinin müəllimi Jalə Qədirova, İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin bədii rəhbəri Teymur Əziz çıxış ediblər. Tədbirdə çıxış edən natiqlər bildiriblər ki, ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlməsi ilə müasir Azərbaycanın tarixində yeni bir səhifə açıldı, ölkədə olan xaos, böhran, vətəndaş müharibəsi sona çatdı, ölkənin bütün sahələrində inkişaf, quruculuq və canlanma müşahidə olunmağa başladı. Bu gün isə müasir müstəqil Azərbaycanın memarı və qurucusu olan Heydər Əliyev tərəfindən qoyulan siyasi xətt onun varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Daha sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan film nümayiş olunub.
#MinistryforCulture
#MədəniyyətNazirliyi
#Azərbaycan
#DağlıqŞirvanRMİ
#mədəniyyət