Sizin reklam burada
Sizin reklam burada

Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi ilə əlaqədar "Məhəmməd Füzuli poeziyasına səyahət" adlı ədəbi-bədii gecə keçirilib

10 iyul 2024-cü il tarixində Qəbələ rayon Mədəniyyət Mərkəzində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi ilə əlaqədar "Məhəmməd Füzuli poeziyasına səyahət" adlı ədəbi-bədii gecə keçirilib.
"Füzuli kantatası" ilə açıq elan olunan tədbirdə önce Məhəmməd Füzulinin həyat və yaradıcılığı haqqında məlumat verilib, bildirib ki, Füzuli yalnız öz doğma vətəni Azərbaycanda deyil, bütün Yaxın Şərqdə, Avropada və Rusiyada tədqiq edilib, öyrənilib və yüksək qiymətləndirilib.
Sonra Mədəniyyət Mərkəzinin Cığatelli kənd mədəniyyət evinin nəzdində fəaliyyət göstərən "Gülbuta" folklor qrupunun üzvlərinin ifasında Füzuli yaradıcılığından qəzəllər ifa olunub.
Tədbirdə həmçinin şairin qəzəllərinə bəstələnmiş muğamlar səsləndirilib.
Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb.

  • Sosial şəbəkədə paylaş