Sizin reklam burada
Sizin reklam burada

Liftdə zorakılığa məruz qalan azyaşlının anası danışdı

Liftdə zorakılığa məruz qalan azyaşlının anası danışdı


Xəbər verdiyimiz kimi, Bakının Nərimanov rayonunda liftdə autizmli azyaşlıya qarşı fiziki zorakılıq edilməsinə dair görüntülər yayılıb.

Azyaşlının anası Fidan Abdulla hadisə ilə bağlı danışıb.

O, bildirib ki, hadisədən sonra 11 yaşlı övladı bir neçə saat danışa bilməyib və ciddi qorxu keçirib:

"Hadisədən bir neçə saat sonra oğlum mənə liftə daxil olarkən bir nəfərin onu vurduğunu dedi. Əvvəlcə həmin şəxsin uşaq olduğunu düşündüm. Səhəri gün binanın müşahidə kameralarının görüntülərinə baxanda gördüm ki, oğlumu itələyən şəxs 29 yaşlı kişi imiş. Polisə müraciət etdim, çox az müddətdə saxlanıldı. Bildiyim qədər dispanserə yerləşdirilib. Hadisə günü bilmişəm ki, bizim belə bir qonşumuz var". (baku.tv)

  • Sosial şəbəkədə paylaş