Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin Rəqəmsal kommunikasiya şöbəsinin rəhbəri Xanım Yadigarlı işdən çıxıb.
Bu barədə o, özü məlumat yayıb.
“Bu il media və televiziya sahəsində fəaliyyətimin 15 ili tamam olur. Bu yolun son 5 ilə yaxın hissəsini isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində əvvəlcə İctimaiyyətlə əlaqələr və protokol, daha sonra isə Rəqəmsal kommunikasiya şöbəsinin rəhbəri kimi çalışdım. Şəxsi təşəbbüsümlə bu fəaliyyətimi də artıq başa vurdum”, - o bildirib.

