Sizin reklam burada
Sizin reklam burada

Bakıda kişi həyat yoldaşını döydü - 1500 manat cərimələndi

Bakıda kişi həyat yoldaşını döydü - 1500 manat cərimələndi

Bakıda kişi mobil telefonuna baxan həyat yoldaşını döyüb.

Hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib. Qəsəbə sakini, 1996-cı il təvəllüdlü İlyas Ağayev (soyadı şərtidir) evə gec gəlib və telefonunu stolun üzərində qoyub. Bundan şübhələnən həyat yoldaşı telefonu götürərək "WhatsApp" yazışmalarını yoxlayıb və onun bir qadınla səmimi mesajlaşmasını görüb.

Bunu oxuyan qadınla İlyas arasında evdə mübahisə yaranıb. Mübahisə zamanı kişi həyat yoldaşını yerə yıxaraq ona şillə və təpik zərbələri endirib.

Dava sonrası qadın polisə müraciət edib. Əraziyə polis əməkdaşları cəlb olunub və İlyas Ağayev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb və materiallar məhkəməyə göndərilib. Sabunçu Rayon Məhkəməsinin qərarı ilə o, 1 500 manat məbləğində cərimə olunub.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ